Əsas səhifəyə
Psixi Sağlamlıq
məlumat-məsləhət saytı
Psixi Sağlamlıq sahəsində
məlumat-məsləhət saytı
Sağlamlıq anlayışının ayrılmaz hissəsi insanın ruhi vəziyyətinin sağlamlığıdır. Bizim həyatımızda daimi psixi gərginliyə səbəb olan çoxlu stress faktorları mövcuddur. İnsanlar tərəfindən yaşanılan stresslər əsəb pozuntularına gətirə bilər. Lakin çox vaxt depressiya, fobiya, panik hücumlar və digər nevrozlardan əziyyət çəkən adamlar nə baş verdiyini tam başa düşmür və onlar bu pozuntuları xəstəlik kimi qəbul etmirlər. Cəmiyyətmizdə hələ də qalmaqda olan stereotip baxışlar belə insanların mütəxəssisə vaxtında müraciət etməsinə mane olur.
Bu sayt bizim ölkədə əsəb problemləri ilə əlaqədar düzgün və mötəbər məlumat axtaran və yardım almaq istəyən insanlar üçün nəzərdə tutulub. Müasir dövrdə internet texnologiyalarının inkişafı nəticəsində nəinki Bakı sakinləri, həmçinin Azərbaycanın digər regionlarından olanlar da bu saytın resurslarından istifadə edə bilərlər.   
Saytın əsas məqsədləri:
-        Psixi sağlamlıq haqqında əhalinin məlumatlandırılması;
-        Depressiya, fobiyalar və digər əsəb pozuntuları üzrə testlər vasitəsilə öz psixi sağlamlığını qiymətləndirmək imkanı;
-        Müxtəlif əsəb pozuntuları ilə əlaqədar problemlərlə qarşılaşan insanlara yardım göstərilməsi və onlayn konsultasiyalar.   
Bizim saytımızda siz psixi sağlamlığın müxtəlif problemləri barədə məlumat əldə edə bilərsiniz. Faydalı məlumat bölməsində depressiya, müxtəlif fobiyalar, sarışan hallar nevrozu, bipolyar pozuntu və digər əsəb xəstəlikləri haqqında məqalələr təqdim olunmuşdur. Bu məqalələrdə əsəb pozuntularının yaranma səbəbləri, əsas əlamətləri, onları adi emosional dəyişiklikləridən necə fərqləndirmək lazım olduğu göstərilmişdir. Məqalələrdə həmçinin müxtəlif müalicə metodları – dərman müalicəsi və psixoterapiya haqqında məlumat əldə edə bilərsiniz.
Əgər siz əsəblə bağlı narahatlıq hiss edirsinizsə, özünüzü yoxlamaq üçün psixi vəziyyətin özünüqiymətləndirmə testlərindən istifadə edə bilərsiniz. Bu testləri cavablandırarkən siz depressiya, fobiya, sarışan hallar və digər nevrotik pozuntuların özünüzdə duyduğunuz əlamətlərini qeyd edirsiniz. Cavabların cəminə görə siz müəyyən bal toplayırsınız. Toplanmış balların sayına əsasən siz özünüzdə hər hansı pozuntunun (məsələn, depressiyanın) olub-olmamasını yüksək ehtimalla təyin edə bilərsiniz.
Əlavə məlumat və yardım məqsədi ilə onlayn konsultasiya üçün müraciət edə bilərsiniz. Bizim saytın konsultantları psixiatriya və psixoterapiya sahəsində geniş təcrübəsi olan ixtisaslı həkimlərdir.