Əsas səhifəyə
Psixi Sağlamlıq
məlumat-məsləhət saytı
ANOREKSİYA VƏ BULİMİYA TESTİ 
QİDA QƏBULUNA MÜNASİBƏT TESTİ
Eating Attitudes Test ( EAT-26)
 
Sizdən xahiş olunur ki, cədvəldə göstərilənləri diqqətlə oxuyasınız və halınıza daha çox uyğun gələn cavabı qeyd edəsiniz.

Kökələ biləcəyim haqda fikirlər məni qorxudur

Mən ac olanda yeməkdən çəkinirəm

Mən qida ilə bağlı fikirlərə qapandığımı hiss edirəm

Məndə yemək tutmaları olur və bu zaman mən durmadan yeyirəm və özümü saxlaya bilmirəm

Mən öz yeməyimi xırda tikələrə bölürəm

Mən yeyəndə qidada nə qədər kalori olduğunu nəzərdə tuturam

Mən kalorili yeməklərdən (çörək, düyü, kartof və s.) xüsusilə çəkinirəm

Mən hiss edirəm ki, yaxınlarım daha çox yeməyimı istəyir

Mən yeməkdən sonra qusuram

Yeməkdən sonra özümü çox günahkar hiss edirəm

Mən arıqlamaq barədə çox fikirləşirəm

Mən məşq edəndə kalorilərin yanması barədə fikirləşirəm

Ətrafdakılar məni arıq hesab edir

Mən bədənimdə piyin olması barədə çox fikirləşirəm

Başqaları ilə müqayisədə qida qəbulu məndə daha çox vaxt aparır

Mən tərkibində şəkər olan yeməklərdən çəkinirəm

Mən pəhriz yeməkləri yeyirəm

Mən hiss edirəm ki, qida mənim həyat tərzimi müəyyənləşdirir

Mən qida qəbuluma nəzarət edə bilirəm

Mən hiss edirəm ki, yeməyə məcbur etmək üçün ətrafdakılar mənə təzyiq göstərir

Qida barədə çox fikirləşirəm və bu məsələyə çox vaxt sərf edirəm

Şirniyyat yedikdən sonra özümü narahat hiss edirəm

Mən pəhriz saxlayıram

Mən mədəmin boş olmasını xoşlayıram

Yemək yedikdən sonra qəflətən qusmaq istəyirəm

Mən yeni ləzzətli yeməkləri dadmaqdan həzz alıram

1 / 26

Əliyev N.A., Məmmədova F.İ., Sultanov M.Z. Əsas psixiatrik reytinq cədvəllərinin toplusu. Bakı 2009
The EAT-26 has been reproduced with permission. Garner et al. (1982). The Eating Attitudes Test: Psychometric features and clinical correlates. Psychological Medicine, 12, 871-878.