Əsas səhifəyə
Psixi Sağlamlıq
məlumat-məsləhət saytı

Azərbaycan Respublikası Səhiyyə və Təhsil Nazirlikləri tərəfindən təsdiq edilmiş psixoterapiya üzrə Azərbaycanın ilk tətbiqi tədris vəsaiti

İNTERPERSONAL PSİXOTERAPİYA

012 418 71 54 teflona zəng edib Book.az internet mağazasında kitabı sifariş edə bilərsiniz. Sifarişiniz evinizə bir gün ərzində kuryerlə çatdırılır. Ödəniş kuryerə sifarişin çatdırımasından sonra eilir. Bakı şəhəri üzrə sifarişin çatdırılması pulsuzdur.
“İnterpersonal psixoterapiya” Azərbaycanda psixoterapiya sahəsində ilk praktik tədris vəsaitidir. Bu kitabda psixoterapiyanın tətbiqi ardıcıl olaraq əyani şəkildə təsvir edilir. Ölkəmizdə psixoterapevtik müalicə metodlarının hələ geniş yayılmadığını nəzərə alaraq, kitabda psixoterapiyanın ümumi müddəalarına xüsusi yer verilmiş və psixoterapevtik praktikada tətbiq etmək üçün lazım olan bütün əsas aspektlər işıqlandırılmışdır.
Müəlliflər psixoterapevtik prosesin strukturuna, istifadə olunan psixoterapevtik texnikaların təsvirinə və psixoterapevtik münasibətlərin əsas məqamların şərhinə geniş yer vermişlər. Əyanilik üçün müəlliflərin klinik praktikasından canlı misallar göstərilib. Bundan əlavə, psixoterapevtik təcrübədə rast gəlinən çətin situasiyalar və müalicənin gedişində meydana çıxan müxtəlif problemlərin həlli üzrə tövsiyələr verilmişdir.
Kitab psixoloji müalicə metodlarını öyrənmək istəyən, həmçinin müəyyən praktik təcrübəyə malik psixoterapevtlər üçün nəzərdə tutulmuşdur. Bununla yanaşı, psixoterapiya ilə maraqlanan geniş oxucu auditoriyası bu kitabdan faydalı məlumatlar əldə edə bilər.

Müəlliflər: Gəraybəlyi G., Sultanov M., Qəmərlinski R.
Nəşriyyat: Oskar
Nəşr ili: 2010
Kitabın üzü: Sərt
Səhifər: 226
ISBN: 978-9952-8030-3-7
Formatı: 60x90/14
Qiyməti: 20 manat