Əsas səhifəyə
Psixi Sağlamlıq
məlumat-məsləhət saytı
SARIŞAN HALLAR TESTİ
Obsessiv-Kompulsive Simptomalr Şkalası
 
Sizdən xahiş olunur ki, cədvəldə göstərilənləri diqqətlə oxuyasınız və halınıza daha çox uyğun gələn cavabı qeyd edəsiniz.

1.1 Siz hansısa xəstəliyə yoluxa bilərsiniz

1.2 Öz üzərinizdə nəzarəti itirə bilərsiniz

1.3 Özünüzə və ətrafdakılara zərər yetirə bilərsiniz

1.4 Hansısa pis hadisə baş verə biləcəyi barədə narahatlıq

1.5 Seksüal mövzulu ədəbsiz təsəvvürlər

1.6 Din əleyhinə fikirlər (küfr)

2 Xoşagəlməz fikirlər, xəyallar və ya təsəvvürlər Sizin real həyat problemlərinizlə əlaqədardırmı?

3. Xoşagəlməz fikirlər, xəyallar və ya təsəvvürlər Sizi nə dərəcədə narahat edir?

4. Xoşagəlməz fikirlər, xəyallar və ya təsəvvürlər nə qədər vaxt Sizi narahat edir?

5. Xoşagəlməz fikirlər, xəyallar və ya təsəvvürlər Sizin həyat fəaliyyətinizə nədərəcədə mane olur?

6. Xoşagəlməz fikirlər, xəyallar və ya təsəvvürləri özünüzdən uzaqlaşdırmağa çalışırsınızmı?

7. Xoşagəlməz fikirlər, xəyallar və ya təsəvvürləri özünüzdən uzaqlaşdırmaq üçün əllərin yuyulması,dəfələrlə yoxlamalar və bu kimi təkrar olunan hərəkətlər icra edirsinizmi? (yaxud “ürəyinizdə” hansısa sözləri təkrar edir, dua oxuyursunuzmu)

8. Sizi narahat edən xoşagəlməz fikirlər, xəyallar və ya təsəvvürləri özünüzdən uzaqlaşdırmaq üçün təkrarlanan hərəkətlər və əqli prosesləri icra etmək tələbatınız nə dərəcədədir?

9. Təkrarlanan hərəkətlər və əqli proseslər Sizin gündəlik həyat fəaliyyətinizi nə dərəcədə pozur?

1 / 14

© Mentalhealth.az 2010-2016
Obsessiyalar – təşviş və psixoloji diskomfort yaradan, davamlı və təkrarlanan sarışan fikirlərdir (məsələn, evdən çıxarkən qapının açıq qalması haqqında fikir, yaxud hər hansı əşyaya toxunduqda mütləq əlləri yumaq fikri); obsessiyaların daha geniş təsviri obsessiv-kompulsiv pozuntu məqaləsində verilmişdir.
Kompulsiyalar – sarışan fikirlərə cavab olaraq yaranan və onlarla əlagədar xoşagəlməz hadisə və situasiyaların qarşısının alınmasına yönəlmiş dəfələrlə təkrarlanan sarışan hərəkətlər və rituallardır (məsələn, qapının bağlı olmasının dəfələrlə yoxlanılması, əllərin təkrar-təkrar yuyulması); kompulsiyaların daha geniş təsviri obsessiv-kompulsiv pozuntu məqaləsində verilmişdir.