Əsas səhifəyə
Psixi Sağlamlıq
məlumat-məsləhət saytı
SOSİAL FOBİYA TESTİ
Aşağıda göstərilən sualları cavablandırarkən son bir ay ərzində vəziyyətinizə uyğun olan cavabları qeyd edin
 
İctimai (sosial) tədbir ictimai (sosial) vəziyyət anlayışları Sizin digər insanlar arasında olarkən yaranan şəraitləri nəzərdə tutur (məsələn, qonaq getmək, müxtəlif məclislərdə iştirak etmək, iş kollektivi arasında olmaq və s.)

1. Sizi ətrafdakılar arasında rüsvay edə biləcək hansısa hərəkət edəcəyinizlə, yaxud nəsə söyləyəcəyinizlə əlaqədar qorxu hissi keçirirsinizmi?

2. Ətrafdakılar arasında hər hansı bir səhvə yol verə biləcəyinizdən narahat olursunuzmu?

3. Ətrafdakıların Sizi müşahidə edərək qiymətləndirməsi barədə hissləriniz olurmu?

4. Rüsvay olmaq qorxusu Sizi istədiyiniz kimi hərəkət etməkdən çəkindirirmi?

5. Rüsvay olmaq qorxusu Sizi ətrafdakılarla söhbətə başlamaqdan çəkindirirmi?

6. Hansısa gözlənilən ictimai tədbirdə iştirak Sizdə qorxu hissi ilə müşayiət olunursa, tədbirə bir neçə gün (yaxud həftə) qalmış onunla əlaqədar narahatlıq keçirirsinizmi?

7. Tanımadığınız adamlarla görüşərkən yaxud əhatənizdə olanları yaxşı tanımadığınız şəraitə düşərkən qorxu hissi keçirirsinizmi?

8. Sizdə qorxu hissi yaradan hansısa ictimai tədbirdə iştirak edərkən (yaxud ora getməli olarkən) hər hansı fiziki simptomlar (ürəkbulanma, titrəmə, tərləmə və s.) duyursunuzmu?

9. Hansısa ictimai tədbirdə iştirak edərkən (yaxud ora getməli olarkən) Sizdə yaranan təşviş hissi vahimə dərəcəsinə çatırmı?

10. Sizdə qorxu hissi yaradan hansısa ictimai tədbirdən imkan daxilində boyun qaçırmağa çalışırsınızmı?

11. Sizdə qorxu hissi yaradan hansısa ictimai tədbirdə özünüzü rahat hiss etmək üçün alkoqol (yaxud sakitləşdirici dərman) qəbul edirsinizmi?

12. Müəyyən ictimai (sosial) vəziyyətlərlə əlaqədar təşviş hissi Sizin normal həyat tərzinizə mənfi təsir edirmi?

13. Müəyyən ictimai (sosial) vəziyyətlərlə əlaqədar təşviş hissi Sizin əmək fəaliyyətinizə, yaxud təhsilinizə mənfi təsir edirmi?

14. Müəyyən ictimai (sosial) vəziyyətlərlə əlaqədar təşviş hissi Sizin digər şəxslərlə münasibət yaratmağınıza (tanış olmaq, əks cinslə münasibət qurmaq və s.) mane olurmu?

1 / 14

© Mentalhealth.az; Bütün hüquqlar qorunur