Əsas səhifəyə
Psixi Sağlamlıq
məlumat-məsləhət saytı
DEPRESSİYA TESTİ
ZANQIN ÖZÜNÜQİYMƏTLƏNDİRMƏ DEPRESSİYA CƏDVƏLİ
Zung Self-Rating Depression Scale
 
Sizdən xahiş olunur ki, cədvəldə göstərilənləri diqqətlə oxuyasınız və son bir həftə ərzində halınıza daha çox uyğun gələn cavabları qeyd edəsiniz.

Mən qəmginlik və ruh düşkünlüyü duyuram

Gün ərzində səhərlər özümü daha yaxşı hiss edirəm

Məni ağlamaq tutur və ya ağlamaq istədiyimi hiss edirəm

Mən gecələr pis yatıram

Mənim iştaham normal olur

Mənim cinsi meylim (marağım) əvvəlki qədərdir

Mən hiss edirəm ki, çəkim azalır

Mən qəbzlikdən əziyyət çəkirəm

Mən özümdə ürəkdöyünmələrin tezləşməsini hiss edirəm

Mən səbəbsiz yorğunluq hiss edirəm

Mən həmişəki kimi aydın fikirləşirəm

Mən gördüyüm adəti işlərin öhdəsindən asanlıqla gəlirəm

Mən özümü narahat hiss edirəm və bir yerdə qərar tuta bilmirəm

Mən gələcəyə ümidlə baxıram

Mən əvvəlkindən daha əsəbiyəm

Mən asanlıqla qərar qəbul edirəm

Mən özümü lazımlı və faydalı şəxs hesab edirəm

Mənim həyatım maraqlı və zəngindir

Mən hiss edirəm ki, ölsəydim başqaları üçün daha yaxşı olardı

Mən əvvəl zövq aldıqlarımdan indi də zövq alıram

1 / 20

Əliyev N.A., Məmmədova F.İ., Sultanov M.Z. Əsas psixiatrik reytinq cədvəllərinin toplusu. Bakı 2009
Zung W.W.K. Durham N.C. A self-rating depression scale. Arch Gen Psychiatry. 1965; 12: 63-70.