Əsas səhifəyə
Psixi Sağlamlıq
məlumat-məsləhət saytı
TƏŞVİŞ VƏ FOBİYALAR TESTİ
ZANQIN ÖZÜNÜQİYMƏTLƏNDİRMƏ TƏŞVİŞ CƏDVƏLİ
Zung Anxiety Self-Rating Scale
 
Sizdən xahiş olunur ki, cədvəldə göstərilənləri diqqətlə oxuyasınız və son bir həftə ərzində halınıza daha çox uyğun gələn cavabları qeyd edəsiniz.

Mən özümü adi halımdan daha əsəbi və təşvişli hiss edirəm

Mən səbəbsiz qorxu hissi keçirirəm

Məni asanlıqla məyus etmək və ya vahiməyə salmaq olar

Mən hiss edirəm ki, özümü ələ ala bilmirəm

Mən hiss edirəm ki, hər şey yaxşıdır və heç bir pis hadisə baş verməyəcək

Mənim əllərim, ayaqlarım titrəyir və əsir

Mən başımda, boynumda və kürəyimdə olan ağrılardan əziyyət çəkirəm

Mən özümü halsız hiss edirəm və tez yoruluram

Mən özümü sakit hiss edirəm və asanlıqla bir yerdə qərar tuta bilirəm

Mən özümdə ürəkdöyünmələrin tezləşməsini hiss edirəm

Məndə başgicəllənmələr olur

Məndə bayılmalar (ürəkgetmələr) olur və ya mən hiss edirəm ki, bayılmağa yaxınam

Mən rahat nəfəs alıram

Mən əl və ayaq barmaqlarımda giziltilər və keyimələr hiss edirəm

Məndə mədə ağrıları və həzm pozuntusu olur

Mən sidik kisəmin dolu olduğunu hiss edirəm

Mənim əllərim quru və istidir

Mən üzümdə istilik hiss edirəm və qızarıram

Mən yuxuya asan gedirəm və rahat yatıb dincəlirəm

Məni dəhşətli yuxular narahat edir

1 / 20

Əliyev N.A., Məmmədova F.İ., Sultanov M.Z. Əsas psixiatrik reytinq cədvəllərinin toplusu. Bakı 2009 
Zung W.W.K. A rating instrument for anxiety disorders. Psychosomatics. 1971; 12: 371-379.