Obsessiyalar – təşviş və psixoloji diskomfort yaradan, davamlı və təkrarlanan sarışan fikirlərdir (məsələn, evdən çıxarkən qapının açıq qalması haqqında fikir, yaxud hər hansı əşyaya toxunduqda mütləq əlləri yumaq fikri); obsessiyaların daha geniş təsviri obsessiv-kompulsiv pozuntu məqaləsində verilmişdir.
Kompulsiyalar – sarışan fikirlərə cavab olaraq yaranan və onlarla əlagədar xoşagəlməz hadisə və situasiyaların qarşısının alınmasına yönəlmiş dəfələrlə təkrarlanan sarışan hərəkətlər və rituallardır (məsələn, qapının bağlı olmasının dəfələrlə yoxlanılması, əllərin təkrar-təkrar yuyulması); kompulsiyaların daha geniş təsviri obsessiv-kompulsiv pozuntu məqaləsində verilmişdir.